“New In Chess Classic”: Şəhriyar Məmmədyarov yarımfinalda ilk qarşılaşmasını keçirib
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində yarımfinalın ilk matçları keçirilib.

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov yarımfinalda ABŞ təmsilçisi Hikaru Nakamura ilə 4 partiyadan ibarət olan birinci matçda 3:1 hesabı ilə məğlub olub. Yarımfinalda Maqnus Karlsenin ermənistanlı Levon Aronyanla qarşılaşması isə bərabərliklə başa çatıb (2:2).

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan “New In Chess Classic” turniri mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 375 dəfə oxundu.