Avstraliya hökuməti “Olimpiada-2032”nin təşkili planlarını dəstəkləyir
Avstraliyanın Baş naziri Skott Morrison federal hökumətin Brisbenin namizəd olduğu “Olimpiada-2032”nin xərclərinin yarısını ödəyəcəyinə söz verib.

Bu barədə o, Avstraliyanın Queensland əyalətinin Baş naziri Anastasiya Palaşuka yazdığı məktubda bildirib. Yerli hakimiyyət orqanları əvvəllər də bu layihəyə sadiq olduqlarını bildirmişdilər.

S.Morrisonun belə bir açıqlaması Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 137-ci sessiyasındakı çıxışından sonra gözlənilirdi və bu müddətdə Avstraliyanın Baş naziri hökumətin “Olimpiada-2032”in təşkili planlarını tamamilə dəstəklədiyini qeyd edib.

Xatırladaq ki, BOK mart ayında Brisbeni 2032-ci ildə keçiriləcək Yaya Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün əsas namizəd şəhər elan edib.


Xəbər 521 dəfə oxundu.