Dünya Olimpiya təsnifat turnirində Azərbaycanı 3 sərbəst güləşçi təmsil edəcək
Mayın 6-9-da Bolqarıstanın paytaxtı Sofiyada dünya Olimpiya təsnifat turniri keçiriləcək.

Turnirdə 84 ölkədən 474 idmançı mübarizə aparacaq.

Turnirdə ölkəmizi sərbəst güləş yarışlarında Giorgi Edişeraşvili (57 kq), Abubakr Abakarov (86 kq) və Vahid Qalayev (125 kq) təmsil edəcəklər.

Qeyd edək ki, sərbəst güləşçilərimizdən Hacı Əliyev (65 kq), Hacımurad Hacıyev (74 kq) və Şərif Şərifov (97 kq) artıq “Tokio-2020” Yay Olimpiya Oyunlarına lisenziyanı təmin ediblər. Olimpiadada güləş yarışları avqustun 1-dən 7-dək keçiriləcək.

Xəbər 497 dəfə oxundu.