Özan Can Kökcü “Sabah”a qayıdır
Niderlandın “Telstar” klubunda icarə əsasında çıxış edən Özan Can Kökcü yenidən Azərbaycana qayıdacaq.

Müqavilə ilə “Sabah”a məxsus olan yarımmüdafiəçi bir neçə yeni təklif almasına baxmayaraq, növbəti mövsümü Bakı təmsilçisində keçirmək niyyətindədir.

Qeyd edək ki, bu ilin yanvarında “Telstar”a keçən Kökcünün “Sabah”la müqaviləsi 2023-cü ilə qədərdir.

Xəbər 484 dəfə oxundu.