Azərbaycan badmintonçusu Avropa çempionatında mübarizəni dayandırıb
Azərbaycan badmintonçusu Edi Reski Dviçayo Ukraynanın paytaxtı Kiyev şəhərində keçirilən Avropa çempionatında mübarizəni dayandırıb.

Çempionata onaltıdabir final mərhələsindən qoşulan badmintonçumuzun rəqibi niderlandlı Yoran Kvikel olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində keçirilən görüşün ilk setində Edi rəqibini 26:24 hesabı ilə üstələməyi bacarıb. İkinci setdə 16:21 hesabı ilə uduzan badmintonçumuz həlledici 3-cü seti 14:21 hesabı ilə geridə bitirib.

Qeyd edək ki, turnirdə 39 kişi və 40 qadın badmintonçu iştirak edir.

Xəbər 445 dəfə oxundu.