“Sumqayıt” klubu Ayxan Abbasovla müqavilə müddətini yeniləyəcək
“Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov gələcəyi ilə bağlı mühüm qərar verib. O, gələn mövsümü də “Sumqayıt”ın sükanı arxasında keçirəcək.

2018-ci ilin payızından “gənclik şəhəri” təmsilçisində çalışan mütəxəssis müqavilə müddətinin daha 1 il müddətinə uzadılmasına razılaşıb.

Qeyd edək ki, A.Abbasov komandanın tarixində ən uğurlu məşqçi sayılır. “Sumqayıt” məhz onun rəhbərliyi altında tarixində ilk dəfə ölkə kubokunun finalına yüksəlib, ardınca avrokuboklara vəsiqə qazanıb.

Xəbər 351 dəfə oxundu.