Millimiz yoxlama oyununda qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

Birinci Divizion təmsilçisi MOİK-lə qarşılaşan millimiz 4:1 hesablı qələbə qazanıb.

U-19-un heyətində Vüsal Əliyev, Gülağa Əsədov, Xəyal Əliyev və Xəyal Səmədov fərqlənib.

Xəbər 351 dəfə oxundu.