Dünyanın ən güclü 12 şahmatçısından biri karyerasını erkən bitirib
Rusiyanın Yekaterinburq şəhərində başa çatan iddiaçılar turnirinin çinli iştirakçısı Van Xao peşəkar karyerasını başa vurduğunu rəsmən açıqlayıb.

Matçdan sonra keçirilən mətbuat konfransında 31 yaşlı Van Xao peşəkar şahmatın onun üçün bitdiyini elan edib.

O qeyd edib ki, böyük stress yaşadan işlə artıq məşqul olmayacaq: “Yəqin ki, hər hansı bir şəkildə şahmatda qalacağam. Məsələn, məşqçi kimi və ya dostluq turnirlərində iştirak edə bilərəm”.

Qeyd edək ki, Van Xao iddiaçılar turnirinin ikinci dövrəsində keçirdiyi 7 oyundan cəmi 1,5 xal toplamaqla yekun sıralamada 5 xalla sonuncu pilləni tutub. Aprel ayında FIDE-nin açıqladığı reytinq siyahısında isə, Van Xao 2763 xalla 12-ci pillənin sahibi olub.

Xəbər 348 dəfə oxundu.