Azərbaycan Gimnastika Federasiyası Beynəlxalq Rəqs Gününə həsr olunmuş videoçarx hazırlayıb
Azərbaycan Gimnastika Federasiyası 29 aprel - Beynəlxalq Rəqs Gününə həsr olunmuş videoçarx hazırlayıb.

Videoçarxda bədii gimnastika üzrə Azərbaycan milli komandasının üzvü, gənclər arasında dünya çempionatının ikiqat mükafatçısı Arzu Cəlilova çəkilib.

Qeyd edək ki, Beynəlxalq Rəqs Günü 1982-ci ildən etibarən qeyd olunur.

Xəbər 363 dəfə oxundu.