UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilir
Aprelin 29-da futbol üzrə UEFA Avropa Liqasının yarımfinal mərhələsinə start verilir.

İtaliyanın avrokuboklardakı yeganə təmsilçisi “Roma” İngiltərədə “Mançester Yunayted”lə qarşılaşacaq.

İngiltərənin digər klubu “Arsenal” isə İspaniyada “Qarabağ”la eyni qrupda mübarizə aparan “Vilyarreal”la üz-üzə gələcək.

Qeyd edək ki, yarımfinalın cavab oyunları mayın 6-da olacaq. Turnirin həlledici görüşü mayın 26-da Polşanın Qdansk şəhərindəki eyniadlı stadionunda keçiriləcək.

Xəbər 357 dəfə oxundu.