“Çelsi”nin futbolçusu Çempionlar Liqasında tarix yazıb
UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunları çərçivəsində təşkil olunan “Real”-“Çelsi” matçında (1:1) qol vuran Kristian Pulişiç adını turnirin tarixinə yazdırıb.

22 yaşlı yarımmüdafiəçi turnirinin yarımfinalında qol vurmağı bacaran ilk ABŞ futbolçusu olub. Bundan əlavə, Pulişiç bütün turnirlərdə “Real”ın qapısına yol tapan ilk ABŞ futbolçusu adına da yiyələnib.

Qeyd edək ki, “Çelsi” və “Real” komandaları arasında cavab qarşılaşması mayın 5-də baş tutacaq.

Xəbər 371 dəfə oxundu.