Karateçilərimiz Premyer Liqa turnirində mübarizə aparacaqlar
Aprelin 30-dan mayın 2-dək Lissabonda Azərbaycan komandasının da qatılacağı Dünya Karate Federasiyasının (WKF) Karate1 seriyasından Premyer Liqa turniri keçiriləcək.

Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında Azərbaycanı 15 nəfərdən ibarət komanda təmsil edəcək.

Kumite yarışlarında kişilər arasında Firdovsi Fərzəliyev (60 kq), Rafiz Həsənov, Tural Ağalarzadə (67 kq), Ayxan Mamayev, Pənah Abdullayev, Turqut Həsənov (84 kq), Asiman Qurbanlı (84 kiloqramdan yuxarı), qadınların yarışında isə Nuranə Əliyeva (50 kq), İlahə Qasımova (55 kq), İrina Zaretska (68 kq), Fəridə Əliyeva (68 kiloqramdan yuxarı) güclərini sınayacaqlar. Şəxsi kata yarışında Roman Heydərov, komanda kata turnirində isə Tural Balcanlı, İsmayıl Quliyev, Rövşən Əliyev mübarizə aparacaqlar.

Komanda ilə yanaşı, yarışa kata və kumite üzrə milli komandanın baş məşqçiləri Vahid Ayvazov, Qurban Tağıyev, böyük məşqçi Şahin Xudaverdiyev, qadınların baş məşqçisi Denis Morozov da yollanıblar.

Turnirdə beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev, Vüqar Kərimov da ədaləti qoruyacaqlar. Yarış Olimpiya reytinqinə lisenziya xalları qazandıracaq.

Xəbər 383 dəfə oxundu.