Seyko Haşimoto: Tokio Olimpiadasının tamaşaçısız keçirilməsi istisna deyil
Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları yerli azarkeşlərin mümkün olacaqsa, Oyunlara tamaşaçı qismində buraxılmasına icazə verilməsini gözləyirlər.

Bu barədə “Tokio-2020” Olimpiadasının təşkilat komitəsinin rəhbəri Seyko Haşimoto mətbuat konfransında məlumat verib.

O qeyd edib ki, Oyunların tam olaraq tamaşaçısız keçirilməsi variantı hələ də istisna edilmir: “Oyunları tamaşaçısız qəbul etməyə hazırıq. Amma ümid edirik ki, mümkün qədər çox azarkeş Oyunları tamaşaçı qismində izləyə bilər”.

Xatırladaq ki, Tokio Olimpiadası 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçirilməli idi. Lakin koronavirus pandemiyası səbəbindən yarışların vaxtı bir il sonraya dəyişdirilib və onun bu il iyulun 23-dən avqustun 8-dək təşkili gözlənilir.

Xəbər 412 dəfə oxundu.