Azərbaycan şahmatçıları “Titled Tuesday Blitz” turnirinin növbəti mərhələsində iştirak ediblər
Şahmatçılarımızın da qatıldıqları “Titled Tuesday Blitz” Qran-Prisinin növbəti mərhələsi keçirilib.

Azərbaycan şahmatçılarından ən yaxşı nəticəni Xəzər Babazadə qazanıb. O, 11 turdan ibarət olan turnirdə 8,5 xal toplayaraq 14-cü pillədə qərarlaşıb. Digər şahmatçılarımız Azər Mirzəyev 7,5, Ümid Aslanov 4,5, Ayan Allahverdiyeva 4 xal toplayıblar.

Turnirin qalibi 9,5 xalla ABŞ təmsilçisi Ceffri Ksunq olub. İsveçrə sistemi üzrə keçirilən yarışda 800 şahmatçı iştirak edib.

Xəbər 365 dəfə oxundu.