Kişilər arasında Azərbaycan çempionatında mübarizə aparacaq şahmatçılar müəyyənləşib
Azərbaycan çempionatında kişilər arasında iştirak edəcək şahmatçıların adları müəyyənləşib.

Nicat Abasov, Nicat Məmmədov, Vasif Durarbəyli, Eltac Səfərli, Vüqar Əsədli, Misrətdin İsgəndərov, Fərid Abbasov, Aydın Süleymanlı, Abdulla Qədimbəyli, Məhəmməd Muradlı, Urfan Sevdimalıyev və Kənan Qarayev turnirdə mübarizə aparacaqlar.

Yarış mayın 4-də Naxçıvanda start götürəcək və 18-dək davam edəcək. Turnir dairəvi sistem üzrə keçiriləcək.


Xəbər 383 dəfə oxundu.