Badmintonçumuz Avropa çempionatında mübarizəyə başlayır
Aprelin 28-də badminton üzrə milli komandamızın üzvü Edi Reski Dviçayo Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avropa çempionatında birinci görüşünə çıxacaq.

Mübarizəyə onaltıdabir final mərhələsindən qoşulacaq badmintonçumuzun rəqibi müəyyənləşib. Edi qitə çempionatında birinci görüşünü 1/32 finalda moldovalı Kristian Savin üzərində inamlı qələbə (21-10, 21-8) qazanan Niderland təmsilçisi Yoran Kvikelə qarşı keçirəcək.

Qeyd edək ki, turnirdə 39 kişi və 40 qadın badmintonçu iştirak edir.

Xəbər 420 dəfə oxundu.