London Olimpiadasında futbol turnirində ilk sensasiya qeydə alınıb
London Olimpiadasında futbol turnirində ilk sensasiya qeydə alınıb. İdman.com.az saytının məlumatına görə, yarışın əsas favoritlərindən olan İspaniya yığmasının qrupda qalmağı artıq rəsmiləşib. Belə ki, ilk turda Yaponiyaya 0:1 hesabı ilə uduzan ispanlar bu dəfə həmin hesabla Hondurasa yenilməklə, ¼ finala çıxa bilməyəcəyini dəqiqləşdirib.

İspaniya millisi son Avropa və dünya çempionatında qalib olmaqla, “at oynatdığı” halda, heyətində 3 dünya çempionu futbolçusu olan olimpiya yığmasının belə uğursuzluğu .ok effekti yaradır. Yaponiya isə həmin qrupdan ¼ finala çıxmaq vəzifəsini artıq həll edib.

İkinci turun digər maraqlı oyunu Braziliya ilə Belarus yığmaları arasında keçirilib. Postsovet məkanının təmsilçisi matçda hesabı açan tərəf olsa da, braziliyalılar sensasiyaya imkan verməyərək, əzmkar qələbə qazanıb. Bu, Braziliyanın da ¼ finala çıxdığını dəqiqləşdirib.

A qrupu
Böyük Britaniya – Birləşmiş Ərəb Əmirlikləri – 3:1
Giqqz, 16, Sinkleyr, 73, Starric, 76 – Eisa, 60

Seneqal – Uruqvay – 2:0
Musa Konate, 10, 37

Böyük Britaniya, Seneqal – 4, Uruqvay, 3, Birləşmiş Ərəb Əmirlikləri - 0

B qrupu
Cənubi Koreya – İsveçrə - 2:1
Çu-Yunq Park, 57, Bo-Kyunq Kim, 64 – İnnokent Emeqara, 60

Meksika – Qabon – 2:0
Covanni dos Santos, 63, 90

Meksika, Cənubi Koreya - 4, İsveçrə, Qabon – 1

C qrupu
Misir – Yeni Zelandiya – 1:1
Məhəmməd Salah, 40 – Kris Vud, 17

Braziliya – Belarus – 3:1
Aleşandro Pato, 65, Neymar, 65, Dos Santos, 90 – Renan Bressan, 8

Braziliya – 6, Belarus – 3, Misir, Yeni Zelandiya - 1

D qrupu
İspaniya – Honduras – 0:1
Jerri Benqston, 7

Yaponiya – Mərakeş – 1:0
Kensuke Naqai, 84

Yaponiya – 6, Honduras – 4, Mərakeş – 1, İspaniya - 0

Xəbər 1023 dəfə oxundu.