“Zirə” kubok matçına itkilərlə çıxacaq
Futbol üzrə Azərbaycan kuboku yarışlarının yarımfinal mərhələsinin cavab matçında “Keşlə” ilə qarşılaşacaq “Zirə” oyuna ciddi itkilərlə çıxacaq.

Yarımmüdafiəçi Riçard Almeyda cəzalı durumda olduğundan aprelin 29-dakı görüşü buraxacaq. Hücumçu Ruslan Qurbanov isə ötən həftə koronavirusa yoluxduğu üçün matçda iştirak etməyəcək.

Qeyd edək ki, birinci qarşılaşmada “Zirə” rəqibinə 2:1 hesabı ilə qalib gəlib.

Xəbər 355 dəfə oxundu.