Şahmatçılarımız “New In Chess Classic” turnirinin dörddəbir final mərhələsinin həlledici matçlarında iştirak edəcəklər
Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində dörddəbir final mərhələsinin bu gün həlledici matçları keçiriləcək.

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov dünya çempionu Maqnus Karlsenlə, Teymur Rəcəbov FIDE təmsilçisi Alireza Firuzca ilə cavab oyunlarını keçirəcəklər. Cavab matçlarında qalib müəyyənləşməsə tay-brek oynanılacaq. Ş.Məmmədyarova qələbəni təmin etmək üçün heç-heçə də kifayət edəcək. T.Rəcəbov isə yarımfinala yüksəlmək üçün M.Karlsen üzərində qələbə qazanmalıdır.

Dörddəbir finalın birinci matçı hər iki şahmatçımız üçün uğurlu olub. Belə ki, Ş.Məmmədyarov A.Firuzcaya 3:1 hesabı ilə qalib gəlib, T.Rəcəbov isə M.Karlsenlə oyununu 2:2 hesablı bərabərliklə başa vurub.

Ümumi mükafat fondu 100 min ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək.

“Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarətdir və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 348 dəfə oxundu.