İnqilab Məmmədov dünya çempionatı üçün namizəd hakimlərin siyahısında yer alıb
Bu il Rusiyada təşkil olunacaq çimərlik futbolu üzrə dünya çempionatının final mərhələsinin oyunlarını idarə edəcək namizəd hakimlərin adları açıqlanıb.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, 48 hakimin yer aldığı ilkin siyahıda çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədovun da adı var.

Qeyd edək ki, 24 referinin yer alacağı yekun siyahı 2021-ci ilin iyul ayında açıqlanacaq.

Xəbər 494 dəfə oxundu.