Bu gün UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək
Aprelin 28-də futbol üzrə UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ikinci oyunu keçiriləcək.

İngiltərənin “Mançester Siti” komandası Fransada ötən mövsümün finalçısı “Paris Sen-Jermen” klubu ilə üz-üzə gələcək. Almaniyalı FIFA referisi Feliks Brixin idarə edəcəyi qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək.

Vacib oyun öncəsi komandaların heyətində itki yoxdur. Sadəcə, Paris təmsilçisində müdafiəçi Markinyosun meydana çıxıb-çıxmayacağı sual altındadır.

Xatırladaq ki, yarımfinalın ilk oyununda İngiltərənin təmsilçisi “Çelsi” İspaniyada “Real Madrid”lə heç-heçə edib - 1:1.

Qeyd edək ki, qitənin ən nüfuzlu klub turnirinin final görüşü mayın 29-da İstanbuldakı Atatürk Olimpiya Stadionunda keçiriləcək.

Xəbər 348 dəfə oxundu.