“Qalatasaray”ın üç futbolçusu koronavirusa yoluxub
Türkiyənin “Qalatasaray” klubunun üç futbolçusu koronavirusa yoluxub.

Testləri müsbət çıxan oyunçuların adları açıqlanmayıb. İnfeksiya aşkarlanan şəxslər karantinə alınıb.

Qeyd edək ki, “Qalatasaray” Superliqanın növbəti turunda “Konyaspor”u qəbul edəcək. Görüş aprelin 28-də keçiriləcək. İstanbul təmsilçisi hazırda Türkiyə çempionatının turnir cədvəlində 69 xalla üçüncü pillədə qərarlaşıb.

Xəbər 372 dəfə oxundu.