Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə reqbi-7 üzrə test yarışları keçirilib
Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə Yaponiyanın paytaxtındakı Milli Stadionda reqbi-7 üzrə test yarışları keçirilib.

Dörd komandanın iştirak etdiyi yarış “Tokio-2020”nin təşkilat komitəsinin rəhbərləri tərəfindən izlənilib.

Yarışa oyunçular və komanda heyəti daxil olmaqla, ümumilikdə 270 nəfər cəlb edilib. Azarkeşlər tribunaya buraxılmayıb. Təşkilatçıların sözlərinə görə, test yarışlarının əsas məqsədi logistika və koronavirus əleyhinə tədbirlərin hazırlanması olub. Müşahidəçilər oyunçuların sosial məsafəyə riayət etməsini, topların və soyunma otaqlarının dezinfeksiya edilməsini diqqətlə izləyiblər.

Xəbər 353 dəfə oxundu.