Bakıda təşkili nəzərdə tutulan güllə və stend atıcılığı üzrə dünya kuboku yarışları ləğv edilib
Bakıda təşkili nəzərdə tutulan güllə və stend atıcılığı üzrə dünya kuboku yarışları ləğv edilib.

Azsport.az Beynəlxalq Atıcılıq İdmanı Federasiyasına (ISSF) istinadla xəbər verir ki, yarış koronovirus səbəbindən ləğv edilib. İnsanların sağlamlığı əsas götürülərək Bakıda yarışın təşkili məqsədəuyğun hesab edilməyib.

Qeyd edək ki, dünya kuboku yarışlarının iyunun 21-dən iyulun 2-dək keçirilməsi planlaşdırılırdı.

Xəbər 449 dəfə oxundu.