Aftandil Hacıyev “Keşlə”nin baş məşqçisi ola bilər
“Keşlə” futbol klubunda növbəti mövsümdən baş məşqçi dəyişikliyi baş verə bilər. Hazırkı baş məşqçi Sənan Qurbanovun gələcək taleyi “Zirə” ilə kubokun yarımfinal mərhələsinin cavab görüşünün nəticəsindən asılıdır.

İlk oyunda 1:2 hesabı ilə uduzan “Keşlə” turnirlə vidalaşarsa, baş məşqçisinin müqavilə müddəti uzadılmayacaq. Artıq onu əvəzləyəcək əsas namizədin kimliyi də məlumdur. Bu, “Səbail”in baş məşqçisi Aftandil Hacıyevdir. Bayıl kubunda üçüncü mövsümünü keçirən “Pro” kateqoriyalı mütəxəssisin müqaviləsi gələn ay başa çatır. Üstəlik, “dənizçilər” ona yeni müqavilə də təklif etməyib.

Beləliklə, “Keşlə”nin mükafat qazanmaq üçün sonuncu ümid yeri olan kubok turnirindən kənarda qalması Aftandil Hacıyevin “Keşlə”yə keçmək ehtimalını xeyli artırır.

Xəbər 373 dəfə oxundu.