Şəhriyar Məmmədyarov Alireza Firuzca, Teymur Rəcəbov Maqnus Karlsenlə mübarizə aparacaqlar
Dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi “Champions Chess Tour” onlayn şahmat seriyasının “New In Chess Classic” turnirində dörddəbir final mərhələsinin oyunları keçiriləcək.

İki gün ərzində keçiriləcək raundda Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov FIDE-ni təmsil edən Alireza Firuzca, Teymur Rəcəbov isə Maqnus Karlsen ilə qarşılaşacaqlar. Qalib müəyyənləşməsə şahmatçılar tay-brekdə mübarizəni davam etdirəcəklər.

Qrup mərhələsini Şəhriyar Məmmədyarov 9,5 xalla 3-cü, Teymur Rəcəbov isə 8,5 xalla 8-ci yerdə başa vurublar.

Ümumi mükafat fondu 100 000 ABŞ dolları olan turnir mayın 2-dək davam edəcək. “Champions Chess Tour” onlayn şahmat seriyası ümumilikdə 10 turnirdən ibarət olacaq və 2021-ci ilin sentyabr ayınadək davam edəcək.

Xəbər 388 dəfə oxundu.