Azərbaycan Olimpiadada ilk medalını qazandı!
Prezident İlham Əliyevin də tribunadan izlədiyi yarışda ölkəmizə ilk olimpiya medalını ağırlıqqaldıran 18 yaşlı Valentin Xristov qazandırdı. Birdən qaldırmada 127, təkanla isə 159 kq ağırlığı dəf edən idmançımız yekun nəticədə 286 kq nəticə ilə üçüncü oldu. İlk iki yeri isə müvafiq olaraq Şimali Koreyalı Om Yun Çol (293 kq) və Çin idmançısı Vu Cinqbao (289 kq) tutdular.
Qeyd edək ki, bu, Azərbaycanın ağırlıqqaldarma tarixində qazanılan ilk olimpiya medalıdır.
Maraqlıdır ki, Valentin London olimpiadasında təkcə Azərbaycanı deyil, bütün Avropanı təmsil etdi! 56 kq çəki dərəcəsində qitənin şəriksiz ən güclüsü olan idmançımıza təkcə AZƏRBAYCAN deyil, bütün AVROPA azarkeşlik edirdi. Sözsüz ki, üzdəniraq qonşuları çıxmaq şərtilə!

Xəbər 1327 dəfə oxundu.