Azərbaycan şahmatçısı liderlər qrupunda mübarizəni davam etdirir
Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı məğlubiyyətsiz irəliləyir.

Turnirin 5 və 6-cı turlarında təmsilçimiz müvafiq olaraq, türkiyəli şahmatçı Vahap Sanalı məğlub edib, amerikalı Hans Moke Niemann ilə heç-heçə edib. Aydın Süleymanlı 6 turun nəticəsinə görə, Hans Moke Niemanndan yarım xal geri qalaraq 5 xalla ikinci pillədə qərarlaşıb.

Beşi qrossmeyster olmaqla, 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

Xəbər 368 dəfə oxundu.