Monteneqroda keçirilən turnirdə Aydın Süleymanlı liderliyini davam etdirir
Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı uğurlu çıxışını davam etdirir.

Təmsilçimiz Aydın Süleymanlı növbəti turda amerikalı şahmatçı Hans Moke Niemann ilə heç-heçə edib. Bununla da, şahmatçımız xalların sayını 3,5-ə çatdırıb. Dörd turun nəticəsinə görə A.Süleymanlı turnir cədvəlində liderdir.

Beşi qrossmeyster olmaqla, 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

Xəbər 378 dəfə oxundu.