Azərbaycan idmançıları döyüş sənətləri üzrə açıq Avropa çempionatında 16 medal qazanıblar
Ukraynanın Xarkov şəhərində döyüş sənətləri üzrə açıq Avropa çempionatı keçirilib.

Yarışda ölkəmiz 17 idmançı ilə təmsil olunub. Çempionatda idmançılarımız şaolin sanda, şaolin full və peşəkar növlərdə güclərini sınayıblar.

Yarışda Tamerlan Şahverdiyev, İbrahim Əliyev, Tofiq Niftəliyev, Engin Akdemir, Azər Baxışov, İmaməli Məmmədov, Erkin Osmanov, Azər Cəbrayılov, Nicat İbrahimli və Rəvan Nəbizadə bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Kənan Bayramov və Turan Şirinov isə final mərhələsində uduzaraq gümüş medalla kifayətləniblər. Murad Səmədov, Tural Baloğlanov, Üveys Şərifov və Rövşən Rəhimov isə bürünc medal qazanıblar.

Qeyd edək ki, Azərbaycan yığma komandası turnirdə Azərbaycan Şaolin və Döyüş Sənətləri Federasiyasının prezidenti Rafiq Əliyev, peşəkar döyüşlər üzrə baş məşqçi Ruhi Hüseynov rəhbərliyi altında mübarizə aparıblar.

Xəbər 388 dəfə oxundu.