Azərbaycan qılıncoynadanı Anna Başta Yay Olimpiya Oyunlarına lisenziya qazanıb
Azərbaycanın qılıncoynadanı Anna Başta Tokio-2020 Yay Olimpiya Oyunlarına milli komandamız adına növbəti lisenziyanı qazandırıb. O, bu uğura İspaniyanın Madrid şəhərində keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin finalında Almaniya sablyaçısı Anna Limbaxa 15:13 hesabı ilə qalib gələrək nail olub. Bu, Azərbaycanın ümumilikdə 20-ci olimpiya lisenziyası olub.

Qeyd edək ki, Tokio Yay Olimpiya Oyunları koronavirus pandemiyası ilə əlaqədar 2020-ci il 24 iyul - 9 avqustdan bu il 23 iyul - 8 avqusta təxirə salınıb. Yay Paralimpiya Oyunları isə 24 avqust - 5 sentyabrda gerçəkləşməlidir.

Xəbər 402 dəfə oxundu.