Azərbaycan Premyer Liqası: “Keşlə” - “Səbail” oyunu heç-heçə başa çatıb
Aprelin 25-də futbol üzrə Azərbaycan Premyer Liqasında XXIV turun növbəti oyunu keçirilib.

"Keşlə" "ASK Arena"da "Səbail"lə qarşılaşıb. Görüş meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 51-ci dəqiqədə Rəhman Hacıyev vurub.

Bu qələbədən sonra xallarını 23-ə çatdıran "Keşlə" son pillədən xilas olub və 6-cı sıraya yüksəlib. 21 xalı olan "Səbail" isə 7-ci pilləyə geriləyib.

Qeyd edək ki, günün ilk matçında "Qarabağ" Qəbələdə eyniadlı komandanı darmadağın edib - 5:0. Hazırda davam edən "Sabah" - "Neftçi" görüşündə ilk hissə oynanılır və Masazır təmsilçisi 2:1 hesabı ilə öndədir. Turun son matçı saat 20:00-da "Zirə" və "Sumqayıt" komandaları arasında olacaq.

Xəbər 351 dəfə oxundu.