Azərbaycan gimnastı Avropa çempionatını 7-ci sırada başa vurdu
Azərbaycanın daha bir idman gimnastı İsveçrənin Bazel şəhərində keçirilən Avropa çempionatının final mərhələsində çıxış edib.

Marina Nekrasova dayaqlı tullanmada 13.933 xal toplayıb.

O, bu göstəriciyə görə 7-ci yeri tutub.

Qeyd edək ki, daha əvvəl İvan Tixonov çoxnövçülükdə 8-ci yerlə kifayətlənib.

Xəbər 392 dəfə oxundu.