Şahmatçımız Aydın Süleymanlı qələbələr seriyasını davam etdirir
Monteneqronun Nikşiç şəhərində keçirilən turnirdə Azərbaycan şahmatçısı Aydın Süleymanlı qələbələr seriyasını davam etdirir.

Şahmatçımız turnirin ikinci və üçüncü turlarında da inamla mübarizə apararaq rəqiblərinə şans verməyib. Üç turda ardıcıl qələbə qazanan şahmatçımız turnir cədvəlində liderdir.

Beşi qrossmeyster olmaqla 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

Xəbər 391 dəfə oxundu.