FIA yeni yarışın reqlamentini təsdiqləyib
Beynəlxalq Avtomobil Federasiyası (FlA) tarixdə ilk dəfə keçiriləcək elektrik avtomobillərinin yarışının reqlamentini təsdiqləyib.

FIA-nın təlimatları əsasında hazırlanacaq GT3 maşınları xüsusi şərtlər daxilində mübarizə aparacaq. Həmin avtomobillərin sürəti və keyfiyyəti qurum tərəfindən nəzarətə götürüləcək. Yarışda təkcə elektromobillər yox, bu kateqoriyaya daxil olan yanacaqla işləyən maşınlar da mübarizə aparacaq.

Seriyada yarışacaq elektromobillərin çəkisi isə 1490-1530 kiloqram aralığında dəyişəcək. Maşının mühərrikinin gücü isə 430 kilovatt olacaq. Həmin avtomobillər bir neçə saniyəyə 60 faizə qədər enerji toplaya biləcək.

Xəbər 524 dəfə oxundu.