Aydın Süleymanlı Monteneqroda keçirilən turnirə qələbə ilə başlayıb
Monteneqronun Nikşiç şəhərində Azərbaycan şahmatçısı Aydın Süleymanlının da qatıldığı turnir start götürüb.

Şahmatçımız turnirə qələbə ilə başlayıb. Belə ki, birinci turda yerli idmançı Tomic Aleksandrı məğlub edən təmsilçimiz aktivinə 1 xal yazdırıb.

İsveçrə sistemi ilə keçirilən turnir 9 turdan ibarətdir. Beşi qrossmeyster olmaqla 16 şahmatçının iştirak etdiyi yarış mayın 4-dək davam edəcək.

Xəbər 377 dəfə oxundu.