Daha 5 yunan-Roma güləşçimiz Avropa çempionatında mübarizəyə başlayır
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yarışın altıncı günündə - aprelin 24-də daha 5 yunan-Roma güləşçimiz mübarizəyə qoşulacaq.

Güləşçilərimizdən Murad Bazarov (60 kq) belaruslu Qleb Makaranka, Namaz Rüstəmov (67 kq) Serbiya idmançısı Mate Nemes, Xasay Həsənli (72 kq) moldovalı Valentin Petiç, Tuncay Vəzirzadə (82 kq) Mixail Bradu (Moldova), Zamir Məhəmmədov (97 kq) isə Balaş Kiss (Macarıstan) ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.


Xəbər 342 dəfə oxundu.