İddiaçılar turniri: 12-ci turun oyunları keçiriləcək
Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində 12-ci turun oyunları keçiriləcək.

Növbəti mərhələdə Fabiano Karuana (ABŞ) Aniş Giri (Niderland), Liren Dinq (Çin) Aleksandr Qrişuk (Rusiya), Maksim Vaşe-Laqrava (Fransa) Kiril Alekseyenko (Rusiya), Van Hao (Çin) Yan Nepomnyaşi (Rusiya) ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən turların nəticələrinə görə, Yan Nepomnyaşi 7, Aniş Giri 6,5, Fabiano Karuana 6, Aleksandr Qrişuk, Maksim Vaşe-Laqrav 5,5, Van Hao 5, Kiril Alekseyenko 4,5, Liren Dinq 4 xal toplayıblar. On dörd turdan ibarət olacaq turnir aprelin 27-dək davam edəcək.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Xəbər 372 dəfə oxundu.