Millimiz yoxlama oyununda “Zirə”yə qalib gəlib
Bakıda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində aprelin 23-də yoxlama oyunu keçirib.

Azsport.az AFFA-ya istinadla xəbər verir ki, “Zirə”nin U-19 komandası ilə qarşılaşan millimiz 2:1 hesablı qələbə qazanıb.

U-17-nin heyətində İbrahim Ağayarov və Sənan Ağalarov fərqləniblər.

Xəbər 348 dəfə oxundu.