Azərbaycan gimnastı Avropa çempionatında çıxışını başa vurdu
Azərbaycan gimnastı İvan Tixonov İsveçrədə keçirilən idman gimnastikası üzrə Avropa çempionatında çıxışını başa vurub.

O, çoxnövçülük üzrə final yarışında 80.598 xal toplayıb. 25 yaşlı gimnast yekunda 8-ci yeri tutub.

Qeyd edək ki, sabah Azərbaycanın digər idman gimnastı Mariya Nekrasova dayaqla tullanmada final çıxışını edəcək.

Xəbər 381 dəfə oxundu.