Keylor Navas Fransa çempionatında mart ayının ən yaxşı futbolçusu seçilib
Futbol üzrə Fransa çempionatında mart ayının ən yaxşı oyunçusunun adına aydınlıq gəlib.

Ötən ayın ən yaxşı futbolçusu “Paris Sen-Jermen” komandasının qapıçısı Keylor Navas olub. Otuz dörd yaşlı qolkiper Armand Loriyant (“Lorient”) və Amin Quirini (“Nitsa”) qabaqlayıb.

Qeyd edək ki, K.Navas 2019-cu ildə “Real Madrid” klubundan transfer olunub. O, bu komanda da ümumilikdə 71 oyunda meydana çıxıb.


Xəbər 372 dəfə oxundu.