Misir komandası Bakıda keçiriləcək dünya kuboku üçün heyətini açıqlayıb
Mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışları üçün Misir komandasının heyəti açıqlanıb.

Turnirdə fərdi proqramda Habiba Marzuk çıxış edəcək.

Login Elsasyed, Polina Fuda, Salma Saleh, Mələk Səlim və Tia Sobhidən ibarət qrup hərəkətləri komandası da medallar uğrunda mübarizə aparacaq.

Turnirdə 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.

Xəbər 350 dəfə oxundu.