Məhəmməd Salah “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək
İngiltərənin “Liverpul” klubunun hücumçusu Məhəmməd Salah “Tokio-2020” Yay Olimpiya Oyunlarında iştirak edəcək.

M.Salah Misir millisinin Olimpiada üçün açıqlanacaq heyətinə cəlb olunub.

Məşqçilər korpusu 29 yaşlı kapitanın “Tokio-2020”də olimpiya millisinin heyətində yer almasını qərara alıb. O, Misir yığmasının yaşı 23-dən yuxarı olan 3 oyunçusundan biri olacaq.

Qeyd edək ki, Olimpiadada futbol oyunları iyulun 23-dən avqustun 8-dək keçiriləcək. Misir yığması “C” qrupunda İspaniya, Argentina və Avstraliya ilə qarşılaşacaq.

Xəbər 367 dəfə oxundu.