Güləşçimiz Eldəniz Əzizli Avropa çempionatının yarımfinal mərhələsinə yüksəlib
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisi Nedyalko Petrovu elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimiz gürcüstanlı Nuqzari Tsurtsumiadan da üstün olub. Yarımfinalda idmançımız Rusiya təmsilçisi Emin Seferşaev ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 374 dəfə oxundu.