“Varşava-2020”: Güləşçimiz Taleh Məmmədov erməni rəqibini məğlub edərək yarımfinala adlayıb
Yunan-Roma güləşçimiz Taleh Məmmədov Polşanın paytaxtı Varşavada təşkil olunan Avropa çempionatının yarımfinal mərhələsinə vəsiqə qazanıb.

Çempionatda 63 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız ilk görüşdə bolqarıstanlı Nikolay Viçevə qalib gəlib. Dörddəbir final mərhələsində Ermənistan idmançısı Qraçya Poqosyanı məğlub edən T.Məmmədov yarımfinalda latviyalı Aleksandrs Jurkjans ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 369 dəfə oxundu.