İki yunan-Roma güləşçimiz Avropa çempionatının dörddəbir final mərhələsinə yüksəlib
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli (55 kq) qitə birinciliyinə inamlı qələbə ilə start verib. Dünya və Avropa çempionumuz Bolqarıstan güləşçisini elə ilk hissədə məğlubiyyətə uğradıb. Dörddəbir finala yüksələn güləşçimizin rəqibi gürcüstanlı Nuqzari Tsurtsumia olacaq.

Güləşçimiz Taleh Məmmədov ilk görüşdə bolqar həmkarına qalib gəlib. Dörddəbir final mərhələsində idmançımız Qraçya Poqosyan (Ermənistan) - Soslan Daurov (Belarus) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 363 dəfə oxundu.