Dünya paracüdoçuları mayda Bakıda yarışacaqlar
Dünya paracüdoçuları mayın 25–26-da Bakıda yarışacaqlar. Paracüdo üzrə Qran-Pri turnirinin əhəmiyyəti nəzərə alınaraq Bakıda keçirilməsinə icazə verilib.

Heydər Əliyev adına İdman Sarayında keçiriləcək yarışa 40-dan çox ölkənin nümayəndələrinin qatılacağı gözlənilir. Bununla bağlı AMPK-nın prezidenti İlqar Rəhimovun sədrliyi ilə təşkilat komitəsi yaradılıb.

Turnir “Tokio-2020” XVI Yay Paralimpiya Oyunlarına reytinq xalı qazandırır.

Qran-Pri ölkəmizdə tətbiq edilən mövcud karantin qaydalarına, sanitar-epidemioloji tələblərə uyğun olaraq və tamaşaçı iştirakı olmadan keçiriləcək.

Xəbər 362 dəfə oxundu.