Bu gün iki qadın güləşçimiz Avropa çempionatında bürünc medal uğrunda görüşə çıxacaq
Polşanın paytaxtı Varşavada güləş üzrə Avropa çempionatı davam edir.

Qadın güləşçimiz Tatyana Varansova (53 kq) debütdə rusiyalı rəqibinə məğlub olub. Ancaq rəqib finala yüksəldiyi üçün T.Varansova bürünc medal görüşünə çıxacaq. İdmançımızın rəqibi Yuliya Leorda (Moldova) olacaq.

Təmsilçimiz İrina Netreba (65 kq) startda Belarus güləşçisinə qalib gəlib. Yığmamızın üzvü dörddəbir finalda Bolqarıstan təmsilçisi üzərində də inamlı qələbə qazanaraq yarımfinala yüksəlib. Ancaq finalın bir addımlığında ukraynalı rəqibinə uduzan İ.Netreba bürünc medal görüşünə çıxacaq. Güləşçimiz Krişta İnçe (Rumıniya) - Lyubov Ovçarova (Rusiya) cütünün qalibi ilə üz-üzə gəlib.

Bu çəki dərəcələrində medal görüşləri bu gün Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, Avropa çempionatında sərbəst güləşçilərimizdən Turan Bayramov (70 kq) gümüş, Əfqan Xaşalov (57 kq), Əli Rəhimzadə (65 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medala sahib olublar. Qadın güləşçimiz Mariya Stadnik (50 kq) isə səkkizqat Avropa çempionu adını qazanıb.

Xəbər 366 dəfə oxundu.