Bakıda keçiriləcək dünya kubokunda çıxış edəcək Belarus gimnastları müəyyənləşib
Mayın 7-9-da Bakıda keçiriləcək bədii gimnastika üzrə dünya kuboku yarışları üçün Belarus komandasının heyəti açıqlanıb.

Turnirdə fərdi proqramda Katarina Halkina və Anastasia Salos çıxış edəcəklər.

Anna Haidukeviç, Anastasiya Malakanava, Anastasiya Rıbakova, Anna Şvaiba, Arina Çiçilina və Karina Yarmolenkadan ibarət qrup hərəkətləri komandası da medallar uğrunda mübarizə aparacaq.

Turnirdə 36 ölkədən 170-dən çox gimnastın iştirakı gözlənilir.

Xəbər 350 dəfə oxundu.