Bu gün iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək
Yekaterinburqda dünya şahmat tacına namizədlərin mübarizə apardıqları iddiaçılar turnirində 11-ci turun oyunları keçiriləcək.

Növbəti mərhələdə rusiyalı şahmatçılar Yan Nepomnyaşi Fabiano Karuana (ABŞ), Kiril Alekseyenko Van Hao (Çin), Aleksandr Qrişuk Maksim Vaşe-Laqrav (Fransa), Aniş Giri (Niderland) Liren Dinq (Çin) ilə mübarizə aparacaqlar.

Qeyd edək ki, ötən turun nəticələrinə görə, Yan Nepomnyaşi 6,5 xalla liderliyini qoruyub. Fabiano Karuana, Maksim Vaşe-Laqrav, Aniş Giri 5,5, Van Hao, Aleksandr Qrişuk 4,5, Liren Dinq, Kiril Alekseyenko 4 xal toplayıblar. On dörd turdan ibarət olacaq turnir aprelin 27-dək davam edəcək.

Xatırladaq ki, ötən il keçirilmiş dünya kubokunun sahibi kimi iddiaçılar turnirinə vəsiqə qazanan Teymur Rəcəbovun bu nüfuzlu turnirdə iştirakı alınmayıb. Şahmatçımızın koronavirusla əlaqədar turnirin təxirə salınması barədə təklifi FIDE tərəfindən qəbul olunmadığından o, iştirakdan imtina etmişdi.

Xəbər 359 dəfə oxundu.